İki səfir işdən çıxarıldı

iki-sefir-isden-cixarildi
Oxunma sayı: 2430

15 iyul dövlət çevrilişinə cəhddən sonra aparılan istintaq çərçivəsində Türkiyənin iki səfiri vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, Gürcan Balıq və Tuncay Babalı vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, Gürcan Balıq bir müddət Abdullah Gül və Əhməd Davudoğluna müşavirlik edib.  O, həmçinin Türkiyənin UNESCO yanında daimi nümayəndəsi olub, Tuncay Babalı isə Türkiyənin Kanadadakı səfiri olub.

Aysel Kərimova