İki takevandoçumuz dünya çempionatında mübarizəyə başlayır

iki-takevandocumuz-dunya-cempionatinda-mubarizeye-baslayir
Oxunma sayı: 765

Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.

Həmçinin oxuyun: Сколько нерабочих дней в июне?