İki tələbə dənizdə boğuldu

iki-telebe-denizde-boguldu
Oxunma sayı: 1193

Avqustun 16-da dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğlunun cəsədləri tapıldığı üçün axtarışlar dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN-nin saytı məlumat yayıb. 

Qeyd edək ki, dənizdə batan hər iki gənc Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs  tələbələri olublar. Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri məlumat paylaşıb.