İki tona yaxın çətənə kolu məhv edildi - Fotolar

iki-tona-yaxin-cetene-kolu-mehv-edildi
Oxunma sayı: 865

Qaxda “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 700 kiloqram olan 5431 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.