İki tondan çox partlayıcı maddə aşkarlandı

iki-tondan-cox-partlayici-madde-askarlandi
Oxunma sayı: 693

İranda kütləvi şəkildə partlayış törətmək istəyən şəxslər saxlanılıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat və Milli Təhlükəsizlik naziri Mahmud Əlavi məlumat verib. Bildirilir ki, saxlanılan 10 nəfər şəxs paytaxt Tehranda və digər bölgələrdə 50 obyektdə partlayış törətməyi planlaşdırıblar.

O da qeyd edilir ki, terrorçulardan 2 tondan çox partlayıcı maddə götürülüb.

Aysel Kərimova