İki türk idmançı arasında anlaşılmazlıq - Çalhanoğlu üzr istədi

iki-turk-idmanci-arasinda-anlasilmazliq
Oxunma sayı: 1194

Türkiyəli tanınmış motosikletçi Kənan Safuoğlu və Almaniyanın “Bayer” (Leverkuzen) ulduz futbolçusu Hakan Çalhanoğlu arasında problem yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, dünya çempionu olan motosikletçi Çalhanoğlunun nömrəsini taparaq ona mesaj yazıb və tanış olmaq istədiyini bildirib.

Lakin Hakan Safuoğlunu tanımayaraq onun “Whatsapp” yazdığı mesajlara sərt cavab verib. Məşhur motosikletçi isə futbolçunun hərəkətinə əsəbiləşərək “Facebook” hesabından ona irad bildirib. Bundan sonra Çalhanoğlu Safuoğlunun Türkiyə üçün necə böyük bir idmançı olduğunu öyrənib və ondan üzr istəyib.