İki uşaq atası itkin düşüb - Foto

iki-usaq-atasi-itkin-dusub-
Oxunma sayı: 2544

Qax rayonunun 30 yaşlı sakini itkin düşüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Qax şəhəri, Azərbaycan prospekti, ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Qabulov ötən gecə evdən çıxıb və qayıtmayıb.

Onun ailə üzvlərinin sözlərinə görə, Əhməd Qabulov gecə 2 radələrində evdən çıxıb və geri qayıtmayıb: "Dünəndən etibarən onun harada olduğu məlum deyil. Əhməd Şükürovun əlamətləri-arıq bədən quruluşlu, boyu 167 santimetr, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində boz pencək, boz köynək, qara şalvar və qara rəngli boğazlı çəkmə olub".

Onu görənlərdən Qax RPŞ-ə ilə əlaqə saxlamaları xahiş olunur. Tel: (024) 255-23-52

Qeyd edək ki, Ə.Qabulov əqli cəhətdən qüsurludur, onun iki azyaşlı övladı var.