Bərdə rayonunun Alpoud kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 7-də saat 9 radələrində qeydə alınıb.
Rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri “VAZ” markalı 2 avtomobil toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər