İki xalaoğlunu bıçaqladı, qaçdı

iki-xalaoglunu-bicaqladi-qacdi
Oxunma sayı: 915

Bakıda iş yoldaşı iki xalaoğlunu bıçaqlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə fevralın 19-u saat 20 radələrində Binəqədi rayonunda baş verib. Biləcəri qəsəbəsində İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Şafiq Talıbov sinəsindən, onun xalası oğlu, Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Rahim Məmmədov kürəyindən bıçaqlanıb. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 

Araşdırma zamanı məlum olub ki,  xalaoğluları onlarla birgə işləyən Baxış adlı şəxs bıçaqlayıb. Baxışın saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir. 

Qeyd edək ki, zərərçəkən Ş.Talıbov əvvəllər qəsdən sağlamlığa zərər vurmaya görə məhkum olunub. 

Murad Əhməd