İki xanım iştirakçı oğlana görə dalaşdı - Realiti şouda qalmaqal

iki-xanim-istirakci-oglana-gore-dalasdi
Oxunma sayı: 5424

İngiltərənin MTV kanalında yayımlanan “Geordie Shore” realiti şousunda böyük qalmaqal meydana gəlib.

“Qafqazinfo” The Mirror-a istinadən xəbər verir ki, Charlotte Crosby və Marnie Simpson adlı xanım iştirakçılar mübahisə edib.

Bir-birilərini təhqir edən iki qalmaqallı iştirakçının mübahisəsi davaya çevirilib.

Davaya səbəb isə digər iştirakçı Gaz Beadle olub. Charlotte ilə sevgili olan Beadle yarışmaya yeni qatılan Manie Simpsona xüsusi diqqət ayırıb, onunla daha çox vaxt keçirməyə başlayıb.

Bu isə Charlottenin xoşuna gəlməyib, Simpsonla əlbəyaxa dava edib.