İki yaşlı qız su götürmək istəyərkən öldü

iki-yasli-qiz-su-goturmek-isteyerken-oldu
Oxunma sayı: 3206

Qəbələ rayonunda iki yaşlı uşağın meyiti tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 29-u rayonun Məmmədağalı kəndində baş verib. 2018-ci il təvəllüdlü Qəmər Əsədovanın meyiti evlərinin yaxınlığında tapılıb.

Yaxınlarının verdiyi məlumata görə, Q.Əsədova həyətyanı sahədən keçən arxdan su götürərkən yıxılıb. O arxa düşüb və boğularaq ölüb.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd