İki yaşlı uşaq binadan yıxıldı

iki-yasli-usaq-binadan-yixildi
Oxunma sayı: 2586

Sabirabadda iki yaşlı uşaq 3-cü mərtəbədən yıxılıb.

"Qafqazinfo"nun məlumatına görə, şəhərin İsmət Qayıbov küçəsində yaşayan 2019-cu il təvəllüdlü Cəfərzadə Mirəli Miryaqub oğlu beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb.

Azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli