İki yaşlı uşaq qaynar suda yandı

iki-yasli-usaq-qaynar-suda-yandi
Oxunma sayı: 1645

İki yaşlı uşağın üzərinə qaynar su tökülüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Balakən rayonunun Sarıbulaq kəndində baş verib.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Mehdiyev Ömər Bəhruz oğlu üzərinə qaynar su tökülməsi nəticəsində yanıb.

Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ömər Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müalicəsi reanimasiya şöbəsində aparılan xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov