Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 20-də saat 18 radələrində Yeni Dairəvi yolda baş verib.
Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elvin Yusif oğlu Qürbətov idarə etdiyi “Hyundai” markalı avtomobillə eyni istiqamətdə hərəkət edən Mingəçevir şəhər sakini, 1962-ci il təvəllüdlü Aydın Qüdrət oğlu Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobili arxadan vuraraq idarəetməni itirib maneəyə vurub.
Nəticədə E.Qürbətov hadisə yerində ölüb, sərnişini Ranel Abbasov xəstəxanaya yerləşdirilib.
A.Allahverdiyev xəstəxanada tibbi yardım alıb evə buraxılıb.
Fakt Yasamal RPİ 29-cu PB tərəfindən araşdırılır.
Qeyd edək ki, E.Qürbətovun avtomobilinin içinə daxil olan dəmir arakəsmələrin parçalarının onu iki yerə bölməsi nəticəsində dünyasını dəyişib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər