İki yük avtomobili toqquşdu- - Yaralanan var

iki-yuk-avtomobili-toqqusdu-
Oxunma sayı: 702


“Qafqazinfo” xəbər verir ki, Şamaxı rayonu, Bakı-Qazax yolunun 127-ci kilometrində "MAN" markalı yəhərli-dartıcı yük avtomobili ilə "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Nəticədə "MERCEDES" markalı yük avtomobilinin sahibi müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 11:48-də başa çatıb.