İki yük maşını aşdı- - Tıxac yarandı+Fotolar

iki-yuk-masini-asdi-
Oxunma sayı: 1405


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu gün  axşam saatlarında Ələt-Astara magistral yolunun  78-ci kilometrliyində Salyan rayonunun Şorsulu kəndi ərazisində  inşaat işləri aparan “EVROSCON” ASC-nin yük avtomobilləri toqquşaraq aşıb. Daha bir avtombil də sürüşərək yoldan çıxıb. Xəsarət alan olmasa da yolun bağlanması nəticəsində uzunmüddətli tıxac yaranıb. 

Əraziyə cəlb olunan BDYP əməkdaşlarının səyi nəticəsində qəzanın fəsadları aradan qaldırılıb.  Yolda avtomobillərin hərəkəti tam  bərpa olunub.