İki yük maşını toqquşdu, biri kanala düşdü - Fotolar

iki-yuk-masini-toqqusdu-biri-kanala-dusdu
Oxunma sayı: 1888

Göyçayda iki yük avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında Göyçay-Bərgüşat yolunda baş verib. Zərbənin təsirindən yük maşınlarından biri Yuxarı Şirvan kanalına düşüb.

Toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb. 

Yaralılar Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların şəxsiyyəti müəyyənləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu