İki yük maşını toqquşub - Xəsarət alanlar var

iki-yuk-masini-toqqusub
Oxunma sayı: 849

Biləsuvar rayonunda iki yük maşını toqquşub.

“Qafqazinfo” APA-ya istinadən xəbər  verir ki, qəza Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” və “Shacman” markalı yük avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, “KamAZ”-ın  sürücüsü, 1982-ci il təvəllüdlü Araz Lətif oğlu İsgəndərov vəziyyətinin orta-ağır olduğu bildirilir, digər sürücüyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.