İkili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

ikili-diplom-proqrami-uzre-oxumaq-isteyenlerin-nezerine
Oxunma sayı: 1821

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir.

Təhsil Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 30 mart 2020-ci il tarixinədək müraciət etməlidirlər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.