İkimərtəbəli ev yandı

ikimertebeli-ev-yandi
Oxunma sayı: 982


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə fevralın 28-də saat 16.00 radələrində rayonun Çaxırlı kənd sakini, 1965-ci il təvəllüdlü  Əfsər Musa oğlu Bağırova məxsus fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Muhafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi səfərbər olunub. Onların səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, ümümi sahəsi 154 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın 75 kv.m ərazisi içindəki məişət əşyaları ilə  birlikdə yanaraq yararsız hala düşüb. 

Faktla bağlı araşdırma aparılır.