İkimərtəbəli evdə yanğın- - Bakıda

ikimertebeli-evde-yangin-
Oxunma sayı: 1055


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m (hər mərtəbəsi 45 kv.m) olan ikimərtəbəli 4 otaqlı evin ikinci mərtəbəsinin bir otağının tavanı 10 kv.m sahədə yanıb. 

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.