Bu gün Abşeron rayonu Novxanı kəndi, yeni yaşayış massivində (Novxanı stansiyasının yanında) “Azəriqaz” İB növbəti - ikinci “Açıq mikrofon” aksiyasını reallaşdırıb.
“Qafqazinfo”ya verilən məlumatına görə, “Səyyar qəbul otaqları” vətəndaşların öz problemlərini səsləndirməsi üçün saat 10:00-dan 13:00-a qədər işlək vəziyyətdə olub.
Bakının müxtəlif ərazilərində yaşayan vətəndaşlar Novxanıya gələrək, mövcud problemlərini səsləndiriblər.
Qeyd edək ki, “Açıq mikrofon” vasitəsi ilə səsləndirilən problem və təkliflər “Azəriqaz” İB-nin rəhbərliyi tərəfindən ən qısa müddətdə araşdırılaraq, həlli istiqamətində müvafiq göstərişlər veriləcək.
Burada məqsəd vətəndaş məmnunluğuna maksimum dərəcədə nail olmaqdır.



Son xəbərlər
Son Xəbərlər