“İstanbula gedirəm, orada Kutsi ilə bir verilişə qatılacam. İmicim tam hazır deyil, İstanbulda üzərimdə iki yeni dəyişiklik olunacaq. Siz ancaq saçlarımı görürsünüz. Bu saçımın adını həyasız qoymuşam. Dietalar məni zəiflətmişdi, xəstəxanaya yerləşdirib qan köçürdülər. Az qalmışdı ki, anoreksiya (kökəlmədən əsassız qorxu hissi eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur) olum. Həkimlər deyirdi ki, Azərbaycan mətbəxindən yemək tapıb gətirək, sistem köçürərək yedizdirdilər. Mənə həkim dedilər ki, kökəl, sümüksən. Bu məni dünyanın xoşbəxti etdi. Üç qurban kəsmişəm. Mən səhnədə öləcəm, mənim ölümüm də layihədir. Mən nə xəstəxanada, nə əməliyyat masasında öləcəm. Mənim kimi sənətlə nəfəs alan ikinci adam olsa, onu öldürərəm”.
Könül
Son xəbərlər
Son Xəbərlər