“İkinci Avropa Oyunlarını Rusiya keçirməlidir”

ikinci-avropa-oyunlarini-rusiya-kecirmelidir
Oxunma sayı: 1102

“2019-cu ildə baş tutacaq ikinci Avropa Oyunlarını Rusiya keçirməlidir, başqa heç kəs”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Azad Rəhimov Rusiya KİV-ə müsahibəsində deyib:

“Ancaq Rusiya növbəti Avropa Oyunlarını keçirməlidir. Əgər o imtina edirsə, bu artıq mənim səlahiyyətimdə deyil. Lakin bu yaxşı yarışmadır və idmançılar üçün möhtəşəm yarış təcrübəsidir. Axı onlar Olimpiya kəndində yaşamalıdırlar”.

Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda keçirilmişdi. Daha əvvəl Rusiyanın idman naziri Vitali Mutko bəyan etmişdi ki, Rusiya 2019-cu ildə Avropa Oyunlarını keçirməyəcək.