İkinci dəfə ana oldu- - Fotolar

ikinci-defe-ana-oldu-
Oxunma sayı: 3192


"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, iki gün öncə Los-Ancelesdə yerləşən "Cendars Sinai" klinikasında qeysəriyyə üsulu ilə sənətçinin qızı dünyaya gəlib. Körpənin atası müğənninin 3 ildir münasibətdə olduğu Mett Ratlerdir. 33 yaşlı ifaçı və hər zaman yanında olan Mett xoşbəxt olduqlarını bildiriblər. 

Qeyd edək ki, Aqileranın Cordan Bratmanla olan nikahından da 6 yaşlı Maks adlı bir oğlu var. Bu ilin fevral ayının ortalarında Aqilera və Ratler nişan barədə açıqlama verib. Elə həmin ayda da məlum olub ki, cütlüyün övladı dünyaya gələcək.