İkinci dəfə ana oldu - Fotolar

ikinci-defe-ana-oldu
Oxunma sayı: 6396

Hollivudun ən bəyənilən aktrisası Eva Mendes ikinci dəfə ana olub.

“Qafqazinfo” daily mail-ə istinadən xəbər verir ki, Eva Mendes və Ryan Gosling cütlüyünün qız övladı dünyaya gəlib.

42 yaşlı aktrisa qızının adını Amada Lee qoyub.

Qeyd edək ki, Mendes və Gosling 2011-ci ildə “The Place Beyond the Pines” filminin çəkiliş zamanı tanış olmuşdular.

Cütlüyün Esmeralda adında 19 aylıq bir qızları var.