İkinci dəfə boşanırlar - Video

ikinci-defe-bosanirlar
Oxunma sayı: 5547

2018-ci ildə aktrisa Burcu Kıratlı ilə ailə həyatı quran və doqquz ay evli qaldıqdan sonra boşanan Sinan Akçıl 2021-ci ilin fevralında ikinci dəfə nikah masasına oturmuşdu. 

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu dəfə də cütlüyün nikahı uzun sürməyib. Burcunun instaqram səhifəsində “Akçıl” soyadını silməsi onların ayrıldığını təsdiqləyib.

“Artıq məhkəməyə müraciət olunub. Razılıq yolu ilə boşanacağıq. Bu barədə çox danışmaq istəmirəm”, - deyə Akçıl evliliklərində yaranan problemi həll edə bilmədiklərini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Burcu Kıratlının mənəvi atası Kenan Erçetingözün doğum gününə tək qatılması və barmağında üzüyünün olmaması da boşanma iddialarını gücləndirmişdi.