“Kiralık Aşk” serialının qəhrəmanlarından olan Sinem Öztürk ikinci dəfə ailə həyatı qurur.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, toy mayın 23-də baş tutacaq.
Bu barədə Uçankuş TV-də yayımlanan “İki kadın arasında” verilişində məlumat verilib.
Aktrisa toy hazırlıqları üçün “Kiralık aşk” serialının prodüserindən 2 günlük icazə alıb.
S. Öztürk iş adamı Mustafa Uslu ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib, cütlük toydan sonra 2 günlük Romada bal ayına gedəcək.
Qeyd edək ki, aktrisa Gürsel Şatırla 2014-cü ildə boşanmışdı.
Xatırladaq ki, bir müddət əvvəl Sinem Öztürkün sevgilisi Mustafa Ulusun evli olduğu ortaya çıxşmışdı
Ulusun həyat yoldaşı Öznur Dursunla boşanmaq üçün məhkəməyə müraciət etdiyini, lakin cütlüyün ayrılması barədə qərarın hələ verilmədiyi açıqlanmışdı.
Boşanma iddiasının nəticəsini gözləməyə başlayan aktrisa və sevgilisi nikah tarixini sentyabr ayına təxirə salmışdı.






Son xəbərlər
Son Xəbərlər