İkinci dəfə valideyn oldular

ikinci-defe-valideyn-oldular
Oxunma sayı: 2772

Hollivudun tanınmış ulduzları Emili Blant və Con Krasinskinin ikinci övladı dünyaya gəlib.

Qafqazinfo”nun Axşam.az-a istinadən verdiyi məlumata görə, cütlüyün qızı doğulub. Bu haqda xəbəri aktyor sosial şəbəkədə yayıb.

“4 iyulda bundan gözəl xəbər verə bilməzdik, biz indi ailədə 4 nəfərik. İki həftə bundan əvvəl qızımız Vayolet dünyaya gəlib” deyə, aktyor qeyd edib.

Emili və Con ikinci övladlarının dünyaya gələcəyi ilə bağlı xəbəri yanvarda mediaya yaymışdı. Cütlüyün Xeyzel adlı bir qız övladı da var.