İkinci Dünya Müharibəsində batırılan ispan gəmisi 80 il sonra tapıldı - Foto

ikinci-dunya-muharibesinde-batirilan-ispan-gemisi-80-il-sonra-tapildi
Oxunma sayı: 3357

İkinci Dünya Müharibəsində suda batırılan İspaniyanın “San İsidro Labrador” buxar gəmisi 80 ildən sonra Yunanıstanın “Kythnos” adası yaxınlığında yaxşı vəziyyətdə tapılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Afrikanın şimalına silah daşımaq üçün nasist Almaniyasının Nəqliyyat Nazirliyi tərəfindən icarəyə götürülən gəmi 1943-cü il aprelin 4-də Yunanıstanın “Katsonis” sualtı qayığı tərəfindən torpedo ilə atəşə tutulduqdan sonra batıb.