Bu gün UEFA Çempionlar Liqasında 2016/2017-ci il mövsümünün ikinci finalçısı müəyyənləşəcək.
“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə “Yuventus”un rəqibinin adına Madrid derbisində aydınlıq gələcək.
“Real” səfərdə “Atletiko”nun qonağı olacaq. İlk oyunda 3:0 hesablı qələbə qazanan “kral klubu” cütün taleyini böyük ehtimalla həll etsə də, tərəflər arasındakı qarşılaşma maraqla gözlənilir.
Çempionlar Liqası
1/2 final, cavab oyunu
10 may
22:45.“Atletiko” - “Real”
İlk oyun - 0:3
Son xəbərlər
Son Xəbərlər