İkinci kurs tələbəsi faciəvi şəkildə öldü - Yenilənib

ikinci-kurs-telebesi-facievi-sekilde-oldu
Oxunma sayı: 6138

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşım edilib.

Bildirilib ki, universitetin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Əliyev Elcan Elçin oğlu dünyasını dəyişib.

***

“Qafqazinfo”nun məlumatına görə, Elcan Əliyevi bir neçə gün öncə Gəncə şəhərində avtomobil vurub. O, bu gün müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib.

Yunis Quliyev