“Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, qanun layihəsinə ikinci oxunuşda bir sıra maddələrdə düzəlişlər edilib. Millət vəkili Ağalar Vəliyev qeyd edib ki, bu oxunuşda qanunun dilinin sadələşdirilməsinə diqqət yetirilib: “Belə ki, qanunun 5- ci maddəsi dəyişdirilib. Yeni 6.4 maddə əlavə edilib. Qanuna eyni zamanda 13.2 maddəsi təklif olunur. 15.5 maddədə isə “1 iş günü” məsələsi “3 iş günü” məsələsi ilə dəyişdirilib. Qanunun 2017-ci ilin dekabrın 1-də qüvvəyə minməsi təklif olunur”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər