“İkinci qoldan sonra komandam meydanda yox idi”

ikinci-qoldan-sonra-komandam-meydanda-yox-idi
Oxunma sayı: 686

Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edən "İnter" rəqibinə 0:4 hesabı ilə məğlub olub.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşmadan sonra "bankirlər"in çalışdırıcısı Zaur Svanadze məğlubiyyəti belə şərh edib:

"0:4 hesablı məğlubiyyətdən sonra danışmaq çətindi. İkinci qoldan sonra komanda qol imkanları yaratdı. Bundan sonra komandamız meydanda görünmürdü. Bundan sonra çempionat oyunlarına hazırlaşmaq lazımdı.

Zaur Svanadze "Qarabağ"a böyük hesablı məğlubiyyətə belə münasibət bildirib:

"Səbəbi dəqiq deyə bilmərəm. Rəqibin təzyiqi də sözünü dedi. Bəzi futbolçular üçün mövsüm başa çatıb. Zədəli oyunçularımız da var. Heyəti dəyişmək lazımdı".