İkinci qrup əlil rəisdən şikayətçidir- - "Rüşvət istəyir..."

ikinci-qrup-elil-reisden-sikayetcidir-
Oxunma sayı: 1845


Bu barədə "Qafqazinfo" ya Xəzər rayonu Türkan qəsəbəsinin sakini Vüqar Əmirov bildirib. Belə ki, ikinci qrup əlil olan Vüqar Əmirov Türkan qəsəbəsində avtoyuyucu və "vulkanizasiya" icarəyə götürüb. Bir müddət sonra Xəzər rayonu Nəqliyyat Departamentinin şöbə rəisi Şahin adlı şəxs həmin əraziyə gələrək bildirib ki, ona ilkin olaraq 100 manat, daha sonra isə hər ay 20 manat ödəniş edilməlidir. 

Vüqar Əmirovun sözlərinə görə, dövlət rüsumu hər ay 2 manat təşkil edir: "Məndən ilk dəfə üçün 100 manat, sonra isə hər ay üçün 20 manat istədilər. Bu, əsassızdır. Səslərini yazdım və bildirdim ki, səsinizi yazmışam. Daha sonra mən olmayanda avtoyuyucuya gəliblər. Bacımoğluna deyiblər ki, başınıza oyun açarıq. Məni məndən bildiriş yazmaqla hədələyirlər. Bunun üçün isə əllərində əsas yoxdur. İkinci qrup əliləm. İmkan vermirlər ki, çörək pulumu qazanım, ailəmi dolandırım. Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə etmişəm. Əgər problem həllini tapmasa prezident İlham Əliyevə və deputat, birinci xanım Mehriban Əliyevaya müraciət edəcəm".