İkinci qrup əlil sirkə turşusundan zəhərləndi

ikinci-qrup-elil-sirke-tursusundan-zeherlendi
Oxunma sayı: 1209

Tovuz rayon sakini sirkə turşusundan zəhərlənib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Musa Musayev küçəsində yaşayan 1988-ci il təvəllüdlü Məhərrəm Məmədov zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ota ağır olduğu bildirilir. Yaxınlarının deməsinə görə, M. Məhərrəmov ikinci qrup əlildir.

O soyuducuda olan dərman əvəzinə səhvən sirkə turşusu içərək zəhərlənib.