İkiüzlü olduğunu demişdi, indi isə onun üçün darıxır

ikiuzlu-oldugunu-demisdi-indi-ise-onun-ucun-darixir
Oxunma sayı: 2602

Müğənni Xatun Əliyeva sosial şəbəkədə Natavan Həbibiyə ismarıc yollayıb.  Qafqazinfo” xəbər verir ki, bir müddət bundan əvvəl  ATV-nin “Hit Parad” rubrikasında həmkarı barədə sərt  sözlər deyən Xatun ifaçının fotosunu əlində tutan şəklini paylaşıb.

Görüntü X. Əliyevanın sözügedən qalmaqallı açıqlaması zamanı lentə alınıb. Xatun paylaşıma “özlədim söhbətini, o səsini özlədim” şərhini yazaraq Həbibinin instaqram hesabını işarələyib. Natavan isə həmin posta heç bir reaksiya verməyib.

Qeyd edək ki, Xatun estrada ifaçısının qeyri-səmimi, aqressiv və süni biri olduğunu demişdi. O, N. Həbibinin qruplaşmasında olduğunu, lakin sənətçinin əmrlərinə tab gətirə bilmədiyini qeyd etmişdi.