İkiyə bölünən maşından sağ çıxdılar - 3 yaralı

ikiye-bolunen-masindan-sag-cixdilar
Oxunma sayı: 1948

Türkiyədə ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, insident Qəhrəmanmaraşda qeydə alınıb.

Məlumata əsasən, avtomobil Qəhrəmanmaraş-Kayseri magistralı ilə hərəkət edirmiş. Qəza zamanı maşın ikiyə bölünüb. Nəticədə sürücü Nedim Çetinkaya (57 yaş), Nihan Gülər (28) və Pelin Su Yılmaz (1) yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Qəzada iştirak edən digər avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. Qaçan sürcünün axtarışları davam etdirilir.