İKT üzrə qəbul yerlərinin sayı 2 dəfə artırılıb

ikt-uzre-qebul-yerlerinin-sayi-2-defe-artirilib
Oxunma sayı: 1662

“Son illərdə bakalavr səviyyəsində 2017-2018 təhsil ilindən 2022-2023-cü il təhsil ilinə İT ixtisaslarına qəbul 1964 nəfərdən 3750 nəfərə çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bu, təqribən iki dəfəyə yaxın artım deməkdir:

“Dövlət sifarişli yerlər 670 nəfərdən 2500 nəfərə çatıb. Bu isə təqribən dörd dəfəyə yaxın artım deməkdir. Bu istiqamətdə bizim işlərimiz davam edəcək.

Magistratura səviyyəsində də oxşar dəyişikliklər var. Ümumi yerlər 370-dən 1083-ə, dövlət sifarişli yerlər isə 195-dən 720-yə qədər artıb”.

Gülnar Əliyeva