İKT xidmətləri üzrə milli təsnifat dövlət qeydiyyatına alınıb

ikt-xidmetleri-uzre-milli-tesnifat-dovlet-qeydiyyatina-alinib
Oxunma sayı: 675

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, təsnifatın layihəsi əlaqədar dövlət təşkilatları, elm və təhsil müəssisələri ilə razılaşdırıldıqdan sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZT 042-2011 nömrəsi ilə qeydiyyata alınaraq, 20 iyun 2011-ci il tarixdən tətbiq olunub.

AZT 042-2011 təsnifatı Avropa İqtisadi Birliyi Statistika Komissiyasının CPA 2008 (Classification of products by activity) təsnifatının bazası əsasında hazırlanmışdır və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində göstərilən və tələb olunan xidmətləri təsvir etmək üçün nəzərdə tutulur. Həmçinin, bu təsnifata hazırda ABŞ, Kanada və Meksikada tətbiq edilən “North American Product Classification System” təsnifatında əksini tapmış aktual İKT xidmətləri də salınıb.
Hazırda “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na əsasən İKT məhsulları üzrə milli təsnifatın layihəsi işlənməkdədir.

Nigar Məmmədli