İl-76 qəzası ilə bağlı araşdırmanın ilkin nəticəsi açıqlandı

il-76-qezasi-ile-bagli-arasdirmanin-ilkin-neticesi-aciqlandi
Oxunma sayı: 4500

“Rusiyanın Belqorod vilayətində qəzaya düşən İl-76 hərbi nəqliyyat təyyarəsi Ukrayna ərazisindən zenit raketi ilə hücuma məruz qalıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin teleqram kanalında dərc olunub.

“İstintaq çərçivəsində Ukrayna silahlı birləşmələrindən bu terror aktında iştirak edən şəxslərin müəyyən edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir”, - açıqlamada vurğulanıb.

Məlumatda o da qeyd olunub ki, İstintaq Komitəsi terror aktı maddəsi ilə cinayət işi başladıb.