“Qafqazinfo” xəbər verir ki, stilist ans press-ə açıqlamasında, hər kəsin maraqla gözlədiyi toyun baş tutmayacağını bildirib.
“Nişanın pozulmasına evlənmək istədiyim xanım qərar verdi. Dedi ki, sən çox tanınmışsan, səndən çox danışırlar, istəmirəm məndən də danışsınlar. Mən əvvəldən demişdim, o qız adının hallanmasını və göz önündə olmaq istəmir. Bizim nişanımızdan çox yazdılar, bütün jurnalistlər nişanlımı görmək, şəklini çəkmək istəyirdilər. O da bütün bunlardan xəbərdar idi. Gələcəkdə mediadan qaçmasının mümkünsüzlüyünü dərk etdiyi dedi və sakitcə ayrıldıq".
Samiraldo qız tərəfinin bu qərarını ilahi qüvvələrlə əlaqələndirib:
“Mən onsuz da təkliyə öyrəşmişəm. Bilirdim ki, evlənsəydim də, gec-tez yenə tək qalacaqdım. Mən bilirəm, hansısa ilahi qüvvələr mənim evlənməyimi istəmir. Mən böyük Allaha çox inanıram və onu çox sevirəm. Bilirəm ki, o da məni çox sevir. İnanmazsız, elə gün olur ki, saatlarla Allahla dərdləşirəm. Bilirəm ki, həyatımda nə baş verirsə xeyirliyədir. Allah bilən məsləhətdir”.
Son xəbərlər
Son Xəbərlər