İlan çaldı, öldü - Qaxda

ilan-caldi-oldu
Oxunma sayı: 2966

Qax rayonu Qıpçaq kənd sakini ilan sancmasından vəfat edib. "Qafqazinfo" ANSpress-ə istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Qəhrəman Qurban oğlu Qasımov kənd ərazisində qoyun otararkən ilan onun sol ayağının baldırından sancıb.

Yaralı dərhal Qax Rayon Mərkəzi xəstəxanasına çağırılıb. Xəstəxananın reanimasiya şöbəsində Qurban Qasımova lazımi tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğundan gecə saatlarında onu təcili olaraq Respublika Toksikologiya Mərkəzinə göndəriblər. Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mükün olmayıb.

Toksikologiya Mərkəzindən verilən məlumata görə, kənd sakini xəstəxanaya çatdırılanda onun vəziyyəti kritik olub.

Qaxda sonuncu dəfə ölümlə nəticələnən ilan sancması ötən ilin may ayında baş verib. İlan sancması ilə əlaqədar ağır vəziyyətdə Respublika Toksikologiya Mərkəzinə göndərilən Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yaşayan 1958-ci il təvəllüdlü Gülmira Qasım qızı Xinqalova may ayının 30-u orada keçinib.