“Qafqazinfo”nun məlumatına görə, musavat.com milliyet.tv-yə istinadən xəbər verir ki, Çində olduqca məşhur olan ilan şorbası hazırlayan Peng Fan adlı aşbaz ilanın başını kəsdib, geridə qalanını yemək üçün hazırlamaq istəyib.
Lakin 20 dəqiqə sonra kəsdiyi ilan başı tərəfindən yaralanan aşbaz zəhərlənərək həmin dəqiqə mətbəxdə can verib. Baş vermiş hadisədən həm restorana gələn müştərilər, həm də aşbazın yoldaşları şoka düşüblər.
Hadisədən sonra bir çox mütəxəssislər baş vermiş olayla bağlı öz fikirlərini bildiriblər. Onların sözlərinə görə, ilan da daxil olmaqla əksər sürünən canlıların başını gövdəsindən ayırdıqdan sonra onlara 1 saat ərzində toxunmaq çox təhlükəlidir.
Son xəbərlər
Son Xəbərlər