“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Turan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Vüqar Şövqü oğlu Əliyev ilan sancması ilə Bakıya - Respublika Toksikologiya Mərkəzinə aparılarkən yolda ölüb.
Qeyd edək ki, 25 yaşlı Vüqar Əliyev iyulun 25-i axşam saatlarında yaşadığı qəsəbənin ərazisində moruq yığarkən ilan onun sol ayağının topuq nahiyəsindən sancıb.
Vüqar Əliyevə Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə yola salınıb. Lakin o, yolda keçinib.
Son xəbərlər
Son Xəbərlər