İlan zəhəri satanlar tutuldular

ilan-zeheri-satanlar-tutuldular
Oxunma sayı: 2022

Biləsuvar rayonunda ilan zəhəri satan qonşu rayon sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Fəqan Hüseynzadə, Elşad Heydərov və Masallı rayon sakini Raqif Həsənov 1,131 qram ilan zəhərini 1540 manata satarkən tutulublar. Faktla əlaqədar cinayət işi başlanıb.

Murad Əhməd