Lənkəranlılar ilaxır çərşənbənin səhəri su üstünə gedirlər.
"Qafqazinfo" ARB Cənub-a istinadən xəbər verir ki, xüsusi təmtəraqla qarşılanan sonuncu çərşənbə folkloru, adət-ənənəsi ilə seçilən cənub bölgəsində özünəməxsus şəkildə qeyd olunur. İnsanlar axar su üstünə, çay başına gəlib, əmin-amanlıqları üçün dualar edirlər.
Sonda isə hər kəs axar sudan doldurub evə aparır. Buna lal su deyirlər. Çünki evə çatana qədər heç kimlə danışmırlar. Ta ki, bu sudan evin hər küncünə səpib, xoş günlər diləyənə qədər.
Son xəbərlər
Son Xəbərlər