"Qafqazinfo" EL TV-ə istinadən xəbər verir ki, Ağdaşın Qaradeyin kənd sakini, 1992-ci il təvəllüdlü Mənsur Hüseynov ildırım vurması nəticəsində ölüb. Hadisə ötən gün saat 20.30 radələrində baş verib. Həmin vaxt sahədə qoyun otaran Mənsur Hüseynov at belində telefonla danışırmış. Hadisə zamanı 1 at, 1 quzu da tələf olub. İldırım vuran 2 inək isə hələlik sağdır.
Son xəbərlər
Son Xəbərlər