Zaqatalada orta məktəbdə yanğın baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonunun Əliabad qəsəbəsindəki 4 saylı tam orta məktəbdə qeydə alınıb.
İlkin ehtimala görə, yanğına səbəb məktəbi ildırım vurması göstərilir.
Yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.
***
Zaqatalada orta məktəb binasındakı yanğın söndürülüb.
Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər