İldırım vurdu, saçları ömürlük dik qaldı- - Foto

ildirim-vurdu-saclari-omurluk-dik-qaldi-
Oxunma sayı: 2698


Ana bətnində ikən ildırım vuran balaca qızın həyatı həmin gündən etibarən dəyişib. Kendra Villanueva adlı qadını ötən il konsertə gedərkən ildırım vurub. 9 aylıq hamilə qadın ildırım vurduqdan qısa müddət sora xəstəxanaya çatdırılıb və həkimlər qeysəriyyə əməliyyatı ilə uşağı 2 həftə vaxtından əvvəl ana bətnindən çıxarıblar. “Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, ildırım ananın qulağından girib və uşağa qədər təsir edib. Yeni doğulmuş körpə ildırım vurmasının təsiri ilə uzun müddət yemək yeməyib və yatmayıb. Həkimlərin bir neçə ay davam edən müalicəsindən sonra uşaq həyatına normal şəkildə davam etməyə başlayıb. Lakin Kimberley adlı uşağın saçları uzandığı zaman ailəsi onun saçlarının aşağı enmədiyini, davamlı dik durduğunu başa düşüb. Mütəxəssislər onun saçlarının aşağı enməsi üçün əllərindən gələni etsələr də heç bir şey dəyişməyib. 

Məlumatlara görə, bu günə qədər yalnız 11 nəfər hamilə qadını ildırım vurub. Onların bir çox həyatını itirib. Yalnız 2012-ci ildə ildırım vurmuş hamilə bir qadın ayağındakı plastik topuqlu ayaqqabılarına görə xilas ola bilmişdi.